Azərbaycanlı futbolçu Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Sertan Taşkının çıxış etdiyi “Manisa” “Göztəpə” ilə heç-heçə oynayıb.
23-cü turda İzmirə səfər edən Sertanın komandası 1 xala sevinib. 90 dəqiqə ərzində tərəflərin səyləri nəticəsiz qalıb. “Manisa” hesabı açmağa yaxın olub. Qonaqların futbolçusu penalti zərbəsini dəqiq yerinə yetirə biıməyib.
Qeyd edək ki, hesabında 27 xal olan “Manisa” 10-cu pilləyə yüksəlib. Komanda növbəti turda “Gənclərbirliyi” ilə qarşılaşacaq.
İdman.biz
