“Neftçi” Breno Almeyda ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

20 Oktyabr 2026 13:42
112
“Neftçi” Breno Almeyda ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Yunanıstanın PAOK klubunun “Neftçi”nin braziliyalı vingeri Breno Almeyda ilə maraqlandığı iddia olunur.

Məlumata görə, PAOK qış “transfer pəncərəsi”ndə 28 yaşlı futbolçu üçün Bakı təmsilçisinə rəsmi təklif göndərə bilər.

“Neftçi”nin mətbuat katibi Asəf Zeynallı isə İdman.Biz-ə açıqlamasında Breno Almeydanın transferi ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib.

Qeyd edək ki, 2026-cı ilin fevralında “Neftçi”yə keçən braziliyalı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, hazırda yeddi qolla Misli Premyer Liqasının bombardiridir.

İdman.Biz