"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"

14 Oktyabr 2026 19:59
90
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"

Fərid Namazov "İmişli"nin baş məşqçi postundan rəhbərliklə fikir ayrılığı yarandığı üçün vidalaşıb.

İdman.biz xəbər verir ki, bunu "report"a açıqlamasında 34 yaşlı mütəxəssis bildirib.

O, bölgə təmsilçisindən ayrılmasının səbəblərini izah edib:

"Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq. Ayrılmaq qərarını özüm verdim, istirahət etmək istəyirəm. Rəhbərlik tərəfindən işimə müdaxilə edilməsi məsələsi yanlışdır. Belə bir hal yaşansaydı, orada ümumiyyətlə işləməzdim. Heç vaxt belə bir halın yaşanmasına imkan vermərəm. Yox, rəhbərlik nəticələrdən narazı qalıbsa, gəlin baxaq. Uduzduğumuz komandalar "Sabah", "Neftçi" və "Zirə" kimi iddialılardır. "Qəbələ"yə məğlubiyyət isə planlara daxil deyildi. Bununla belə, üst sıralarda yer alan komandalara qarşı layiqincə mübarizə aparmışıq. Hətta bəzi görüşlərdə xal və ya xallar da qazana bilərdik".

F.Namazov yeddi tura qədər olan nəticələrdən danışmağın tez olduğunu söyləyib:

"Ümumilikdə yeddi turda hansısa nəticənin olmamasından danışmaq düzgün deyil. Nəzərə almaq lazımdır ki, Premyer Liqada qələbəsi olmayan komandalar var".

Qeyd edək ki, Fərid Namazov cari mövsümün əvvəlində "İmişli"yə baş məşqçi təyin olunmuşdu. "İmişli" cari mövsüm Premyer Liqada 4 xalla doqquzuncu sırada qərarlaşıb.

İdman.Biz