“Qarabağ”ın rəqibi: “Yenidən Avropa Liqasının yarımfinalında oynamaq istəyirik”

Xəbərlər
2 Sentyabr 2023 10:34
87
“Qarabağ”ın rəqibi: “Yenidən Avropa Liqasının yarımfinalında oynamaq istəyirik”

"Bayer 04" (Almaniya) klubunun nümayəndələri Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi ilə bağlı təəssüratlarını bölüşürlər. Xatırladaq ki, "Bayer" Azərbaycanın "Qarabağ", Norveçin "Molde" və İsveçin "Hekken" klubları ilə oynayacaq.

İdman.biz-in məlumatına görə, Monakoda keçirilən püşkatma mərasimində lisenziyalı komandaların direktoru Tomas Eyhinlə birlikdə iştirak edən baş direktor Fernando Karro bunları deyib:

"Qrupumuzda lazımi hörmətlə yanaşacağımız maraqlı rəqibləri səbirsizliklə gözləyirəm. Qrup qələbəsi yeganə hədəfimiz ola bilər. Keçən mövsüm (Avropa Liqasının) yarımfinalına çıxmaqla bağlı eyforiya bizə daha çox şeyə həvəs yaratdı - biz bunu yenidən etmək istəyirik".

İdman.biz