Azərbaycan futbolunun veteranlarından olan Mehman Hacıyev 52 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.
“Kəpəz”in yetirməsi olan Mehman Hacıyev Gəncə təmsilçisinin heyətində iki dəfə Azərbaycan çempionu olub, həmçinin ölkə Kubokunu qazanıb.
Veteran futbolçu karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib.
Mehman Hacıyev futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olub. O, 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedici komandasının, 2013-2014 mövsümündə isə əsas komandanın köməkçi məşqçisi kimi çalışıb.
