"Şimal" futbol klubu yarımmüdafiəçi Niyazi Osmanovla müqavilənin uzadıldığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, tərəflər oyunçunun qarşıdakı mövsümdə komandada qalması barədə razılaşıblar.
Osmanov ötən mövsümü "Şimal"ın heyətində icarə əsasında keçirib.
Qeyd edək ki, Niyazi Osmanov "Sabah"ın akademiyasının yetirməsidir. O, "Şimal" klubuna icarə əsasında keçib.
