“Gəncəbasar” “Difai”nin futbolçusunu heyətinə qatdı

3 Sentyabr 2026 14:23
112
“Gəncəbasar” “Difai”nin futbolçusunu heyətinə qatdı

Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bölgə klubu Rüfət Tahirovu transfer edib.

21 yaşlı müdafiəçi mövsümün sonunadək komandada çıxış edəcək. Rüfət Tahirovun sonuncu klubu “Difai” olub.

Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.

Xatırladaq ki, “Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçilər Samir Məhərrəmli və Nihat Fərəci, müdafiəçilər Mahir Həsənov və Antoni Hunpe ilə anlaşıb.

İdman.Biz