“Neftçi” qapıçısı ilə yollarını ayırdı

2 Sentyabr 2026 17:05
63
“Neftçi” qapıçısı ilə yollarını ayırdı

“Neftçi” qapıçısı Kenan Piriçlə yolları ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, ötən ilin yayında transfer olunan bosniya və herseqovinalı qapıçı paytaxt təmsilçisinin heyətində 29 rəsmi oyun keçirib.

İdman.Biz