UEFA Gənclər Liqasında 2026/27 mövsümünün Çempionlar yolunun püşkü atılıb.
İdman.Biz xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, “Qarabağ”ın U-19 komandasının turnirin ikinci mərhələsində qarşılaşacağı rəqib müəyyənləşib.
Ağdam təmsilçisi bu raundda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə üz-üzə gələcək.
Mərhələnin ilk oyunları oktyabrın 28-də, cavab görüşləri isə noyabrın 4-də keçiriləcək. “Qarabağ” ilk qarşılaşmanı doğma meydanda keçirəcək.
Bu cütün qalibi üçüncü mərhələdə “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” mərhələni adlasa, növbəti rəqibi ilə ilk oyunu da evdə keçirəcək.

Üçüncü mərhələnin ilk oyunları noyabrın 25-də, cavab qarşılaşmaları isə dekabrın 9-da baş tutacaq.
