“Səbail” Futbol Akademiyasına yeni direktor təyin olunub.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri Mirbağır İsayev bundan sonra “Səbail” Futbol Akademiyasının direktoru kimi də fəaliyyət göstərəcək.
O, hər iki vəzifəni paralel şəkildə icra edəcək.
“Səbail” Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi üçün doğma klub sayılır. İsayev daha əvvəl də paytaxt təmsilçisinin akademiyasına rəhbərlik edib. O, həmçinin klubun əvəzedici komandasına və müxtəlif yaş qruplarından ibarət kollektivlərə baş məşqçilik edib.
Mirbağır İsayev bu ilin martından UEFA-nın Elit Məşq Layihəsinə rəhbərlik edir.
