"İmişli"nin baş məşqçisi: “Meydanda pul rol oynamır”

30 Avqust 2026 00:58
122
"İmişli"nin baş məşqçisi: “Meydanda pul rol oynamır”

Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "İmişli" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında hər iki komandanın baş məşqçisi oyun barədə fikirlərini bölüşüb.

Fərid Namazov qol epizodlarından yararlana bilməmələrindən şikayətlənib:

“Matçın çətin keçəcəyini bilirdik. Buna yaxşı hazırlaşmışdıq. Qarşılaşmanın böyük hissəsində üstün tərəf biz olduq. Yeganə narazı qaldığım məqam yaratdığımız qol imkanlarından yararlana bilməməyimizdir.

Prestij məsələsi mükafatdan daha önəmlidir. Təbii ki, bu məsələdə müəyyən nüanslar var, amma meydanda pul rol oynamır. Mükafat məsələsi futbolun ayrılmaz hissəsidir. Ancaq bir daha qeyd edirəm ki, əsas prioritet prestijdir.

Reallıq budur ki, böyük büdcəli klublarla daha məhdud büdcəyə malik komandalar arasında həmişə fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim məqsədimiz isə daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdır”.

"Şəfa"nın baş məşqçisi Zaur Həşimov isə komandanın oyunundan narazı qalmadığını deyib:

"Yaxşı oyun alındı. Həm yüksək temp, həm də çoxlu mübarizə ilə yaddaqalan dinamik qarşılaşma idi. İkinci hissəyə yaxşı başlamadıq və həmin vaxt biz qol imkanından yararlandıq. Ümumilikdə, komandanın oyunundan narazı qalmadım. Qarşıda uzun bir marafon var və yaxşı nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. İlk turda da qənaətbəxş çıxış etdiyimizi düşünürəm. Fikrimcə, bu turda da komandam pis deyildi. Epizodlarımız çox oldu, yararlana bilmədik".

İdman.Biz