“Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, komanda Əlcəzair əsilli fransalı hücumçu Idir Boutrifi heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Idir Boutrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən çıxış etdiyi Premyer Liqa təmsilçisinin heyətində 61 oyunda 28 dəfə fərqlənməyi bacarıb.
