Aleksey İsayev: “15 dəqiqə ərzində dünya iki dəfə gözümün qarşısında dayandı”

27 Avqust 2026 18:15
110
Aleksey İsayev: “15 dəqiqə ərzində dünya iki dəfə gözümün qarşısında dayandı”

“Sabah” futbol klubunun yarımmüdafiəçisi Aleksey İsayev komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, İsayev championat.com-a açıqlamasında qarşılaşmanın son dəqiqələrində baş verənləri belə xatırlayıb:

“Dördüncü artırma dəqiqəsində qol vurduğumuz zaman hər şey sanki yavaş rejimdə baş verirdi. Videoda da görünür ki, sevincdən qaçmırdım. Uşaqlar qaçdılar, mən isə sanki donub qalmışdım. Yuxuda idim, elə bil. Bu qol bizə əlavə güc verdi“.

“Əlavə vaxtda standart vəziyyətdən ötürmə edəndə uzaqdan mənə elə gəldi ki, Orfe Mbina topu qapıdan kənara vurdu. Baxıram, hamı qaçır, mən isə nə baş verdiyini anlamıram. 15 dəqiqə ərzində dünya iki dəfə gözümün qarşısında dayandı. Sözün həqiqi mənasında!

Final fitindən sonra isə rahatlıq, göz yaşları... Özümə söz vermişdim ki, Çempionlar Liqasında oynayacağam. Bunun üçün iki il çalışdım. Və nəhayət, buradayam!” – deyə İsayev bildirib.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edib. Çempionlar Liqasının Liqa mərhələsinin püşkatması bu gün keçiriləcək. “Sabah” püşkatmada dördüncü səbətdə yer alacaq.

İdman.Biz