Toral Bayramovun “Eyüpspor”a keçidi ilə bağlı xəbərə aydınlıq gətirildi

27 Avqust 2026 12:46
88
Toral Bayramovun “Eyüpspor”a keçidi ilə bağlı xəbərə aydınlıq gətirildi

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun “Eyüpspor”a mümkün keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Futbolçunun agenti Tural Əsgərov bu məlumatı təkzib edib.

“Eyüpspor” variantının həqiqətə uyğun olmadığını bildirən agent qısa şəkildə “Bizim bu barədə heç bir məlumatımız yoxdur”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Toral Bayramov yay transfer pəncərəsində “Qarabağ”dan “Bursaspor”a keçib.

İdman.Biz