“İmişli” futbol klubu bir ay əvvəl heyətinə qatdığı anqolalı futbolçu Dominqos Senqui Hermenegildo ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, “İmişli” iyulun 27-də 25 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalayıb.
