“Neftçi” Alessio Kurçi ilə yollarını ayırıb

26 Avqust 2026 12:51
98
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırıb

“Neftçi” ilə futbolçu Alessio Kurçi arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən ilin yayında transfer olunan lüksemburqlu hücumçu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib.

O, bu görüşlərdə iki qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.

İdman.Biz