“Karvan-Yevlax” müdafiəçi ilə anlaşdı

26 Avqust 2026 12:10
98
“Karvan-Yevlax” müdafiəçi ilə anlaşdı

“Karvan-Yevlax” futbol klubu transfer çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda müdafiəçi Nemət Şixamirovu heyətinə qatıb.

Ötən mövsüm “Şimal” klubunda çıxış edən futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

İdman.Biz