“Tvente” - “Qarabağ” oyunu hansı kanalda yayımlanacaq?

20 Avqust 2026 21:15
83
“Tvente” - “Qarabağ” oyunu hansı kanalda yayımlanacaq?

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” Niderlandda “Tvente” ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, saat 22:00-da başlayacaq görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmanı albaniyalı referi Yucin Caya idarə edəcək.

“Qarabağ” 2014/15 mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində “Tvente”ni mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə avrokubokların əsas mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz