“Turan Tovuz” heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
Rumıniyanın “Argeş” klubunda çıxış edən Rikardo Matos “Turan Tovuz”un transfer siyahısına daxil edilib. Qərb təmsilçisi 26 yaşlı forvardın mümkün keçidini nəzərdən keçirir.
Hazırda tərəflər arasında hər hansı razılaşmanın əldə olunub-olunmadığı məlum deyil. Bununla belə, Matosun xidmətlərinin “Turan Tovuz” tərəfindən qiymətləndirildiyi və transfer variantının gündəmdə olduğu bildirilir.
Portuqaliyalı mərkəz hücumçusunun “Argeş”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Benfika” yetirməsi olan Matos karyerası ərzində İtaliyanın “Askoli” klubunun da formasını geyinib.
