Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda

19 Avqust 2026 00:13
84
Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda

Daha bir azərbaycanlı futbolçu Türkiyə çempionatında çıxış edəcək.

İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış "Çorum" klubu "İmişli"dən ayrılmış Nazim Hüseynovla anlaşıb.

Lakin 18 yaşlı hücumameyilli yarımmüdafiəçi əsas komandada çıxış etməyəcək. O, "Çorum"un 19 yaşadək komandasının şərəfini qoruyacaq.

Xatırladaq ki, Nazim Hüseynov bu ilin fevralında "İmişli" ilə 2,5 illik müqavilə bağlamışdı. O, mayda "Qarabağ"la oyunda "İmişli" formasında debüt edib. Lakin gənc oyunçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən, müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq ölkə xaricində oynamağa üstünlük verib.

Qeyd edək ki, mövsümlərarası fasilədə "Qarabağ"dan Toral Bayramov Birinci Liqaya yeni vəsiqə qazanan Türkiyə çempionu "Bursaspor"a keçib. ABŞ-nin "Kolambus Kryu" klubuna məxsus olan Nəriman Axundzadə isə Super Liqaya yeni çıxan "Ərzurumspor"da icarə əsasında oynayır.

İdman.Biz