Azərbaycanlı futbolçu Sertan Taşkın Türkiyə 1-ci Liqasında ikinci oyununa çıxıb.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Manisa” 19-cu turda “Keçiorengücü”nün qonağı olub.
Qarşılaşmada tərəflər hərəyə bir qol vurublar. Start heyətində yer alan Sertan 90 dəqiqə mübarizə aparıb. Debüt oyununda “Kocaelispor”a qalib gələn Taşkın bu dəfə bir xala sevinib.
Qeyd edək ki, “Manisa” 23 xalla 10-cu pillədə qərarlaşıb. Komanda növbəti turda öz meydanında “Erzurumspor”la münasibətlərə aydınlıq gətirəcək.
İdman.biz