“Qarabağ”da “Dinamo” oyunu öncəsi dəyişiklik gözlənilir

12 Avqust 2026 13:46
121
“Qarabağ”da “Dinamo” oyunu öncəsi dəyişiklik gözlənilir

“Qarabağ”ın “Dinamo” ilə cavab qarşılaşmasında heyətdə dəyişikliklər etməsi gözlənilir”.

İdman.Biz xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev təmsilçisinə qarşı keçiriləcək matçdan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis heyətlə bağlı son qərarın oyuna yaxın veriləcəyini bildirib:

“Heyətlə bağlı götür-qoy edəcəyik. Oyunçular arasında ən hazırlıqlı olanı məhz Kaşukdur. Sabah hansısa rotasiyalar edəcəyik. Çox düşünəcək halda deyilik. Əksinə, oyuna köklənməliyik. Oyunun gedişatına uyğun dəyişikliklər edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Polşada baş tutan ilk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz