“Heyətimizdə olan azərbaycanlı qapıçılar istedadlıdırlar. Mən onlara güvənirəm. Bizim heyətdə olan 25 futbolçunun hər biri peşəkardır”.
İdman.Biz bildirir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çmepionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Orhus”la cavab oyunundan sonra deyib.
Matç 4:0 hesabı ilə “Sabah”ın xeyrinə qurtarıb və klub Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Litvalı mütəxəssis komandasının stadion məsələsinə də tosunub: “Oynadığımız stadiona gəlincə, rəhbərlik və UEFA-nın verəcəkləri qərardan asılıdır”.
İslam Atakişiyev
