Birinci Liqada mübarizə aparan “Baku Sportinq”in yeni baş məşqçisi açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Baku Sportinq” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, komandanın “sükanı” Samir Ələkbərova tapşırılıb.
57 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
S.Ələkbərov “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında işləyib. O, son olaraq “Baku Sportinq”də akademiyada koordinator vəzifəsində çalışırdı.
