“Sumqayıt” böyük hesabla məğlub olub

Xəbərlər
12 Yanvar 2024 19:19
387
“Sumqayıt” böyük hesabla məğlub olub

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri Antalya toplanışı çərçivəsində “Hermanştadt”la görüşüb.

Rumıniya təmsilçisi ilə matç sumqayıtlıların qış fasiləsində ilk sınağı olub. Oyun Rumıniya klubunu böyükhesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt" 0:3 hesabı ilə uduzub.

Yanvarın 6-dan Türkiyədə olan Premyer Liqa klubu hazırlıq prosesində daha bir matça çıxacaq.

Qeyd edək ki, toplanışı yanvarın 17-dək davam etdirəcək “Sumqayıt” ayın 16-da Özbəkistanın “Soqdiana” klubu ilə üz-üzə gələcək.

Yoxlama oyunu
12 yanvar

17:00. “Sumqayıt” – “Hermanştadt” (Rumıniya) - 0:3

İdman.biz

Məqalədə: