“Şəfa” qapısını təcrübəli futbolçuya tapşırıb

9 İyun 2026 11:50
77
“Şəfa” qapısını təcrübəli futbolçuya tapşırıb

“Şəfa” növbəti transferini reallaşdırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb.

N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.

Qeyd edək ki, 25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.

İdman.Biz