“Araz-Naxçıvan” daha bir futbolçusunu komandada saxlayıb

6 İyun 2026 16:01
135
“Araz-Naxçıvan” daha bir futbolçusunu komandada saxlayıb

“Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Ülvi İsgəndərov növbəti mövsümdə də bu komandanın formasını geyinəcək.

28 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti bir ildir.

Qeyd edək ki, klub daha əvvəl Tərlan Əhmədli, Slavik Alxasov və Ömər Buludov ilə də yeni müqavilə bağlayıb.

İdman.Biz