“Sabah” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
İdman.Biz apasport.az-a istinadən xəbər verir ki, “bayquşlar” müdafiəçi Aden Makkartini rənglərinə bağlayıb.
Tərəflər arasında tam razılıq əldə olunub.
Cənubi Afrika Respublikasından olan futbolçunun transferi üçün 250 min avro ödəniləcək. O, müqavilə imzalamaq üçün Bakıya gəlib.
Makkarti həmçinin ölkəsinin U-23 millisinin üzvüdür.
Qeyd edək ki, gənc oyunçu son mövsümü “Kayzer Çifs”də keçirib. O, 23 matçda meydana çıxıb, 1 qol vurub.
