“Turan Tovuz” Türkiyədə ilk oyunda uduzub

Xəbərlər
10 Yanvar 2024 18:53
293
“Turan Tovuz” Türkiyədə ilk oyunda uduzub

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün yoxlama oyunu keçirib.

İdman.biz xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Antalya toplanışında ilk matçına çıxıb.

Premyer Liqa təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşıb. Dünən keçirilməli olan, lakin əlverişsiz hava şəraiti üzündən təxirə salınan matç “Topkapı Sport Center”in meydanında baş tutub. Oyun Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəqib komandanın hər iki topu fasilədən sonra vurub.

Qeyd edək ki, tovuzlular yanvarın 15-də daha iki yoxlama görüşünə çıxacaq. “Turan Tovuz” günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu
10 yanvar

17:00. “Turan Tovuz” – “Voluntari” (Rumıniya) - 0:2

İdman.biz