Daha bir Premyer Liqa klubu Yevlaxa “köçür”

31 Yanvar 2026 16:13
68
Daha bir Premyer Liqa klubu Yevlaxa “köçür”

Yevlax şəhər stadionu daha bir Premyer Liqa klubuna ev sahibliyi edə bilər.

İdman.Biz İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət “İmişli”dən gedir.

Bölgə təmsilçisi artıq bununla bağlı hərəkətə keçib.

İmişli klubunun hazırda ev oyunlarını keçirdiyi Quba Olimpiya Stadionunda bir çox problemlər var. Xüsusən də meydançanın qazonu bərbad durumdadır.

Bu səbəbdən də “İmişli” rəhbərliyi Yevlaxa “köçmək” istəyir. Artıq bununla bağlı “Karvan-Yevlax” klubuna müraciət olunub.

Məsələnin yaxın günlərdə həllini tapacağı gözlənilir.

Xatırladaq ki, “Karvan-Yevlax”la yanaşı, “Kəpəz” də ev oyunlarını sözügedən arenada keçirir.

İdman.Biz