AFFA-nın Hakimlər Komitəsi tərəfindən “Sumqayıt”a oyun qaydaları ilə bağlı seminar keçirilib - FOTO

28 Yanvar 2026 20:55
83
AFFA-nın Hakimlər Komitəsi tərəfindən “Sumqayıt”a oyun qaydaları ilə bağlı seminar keçirilib

AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt” klubunun oğlanlardan və qızlardan ibarət əsas komandaları üçün seminar keçirilib.

İdman.Biz xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun konfrans zalında baş tutan tədbirdə məşqçi və futbolçu heyəti iştirak edib.

Seminar zamanı hakim idarəçiliyində tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumat verilib.

İdman.Biz