Taleh Yüzbəyov: “Xankəndidə tarixi oyunda çox qol gözləyirdim” - FOTO

Xəbərlər
22 Dekabr 2023 17:44
399
Taleh Yüzbəyov: “Xankəndidə tarixi oyunda çox qol gözləyirdim” - FOTO

“30 ildən sonra Xankəndində Dövlət Himninin səslənməsi çox qəribə hisslər keçirməyimizə səbəb oldu”.

Bunu İdman.biz saytına Azərbaycanın tanınmış aktyoru Taleh Yüzbəyov deyib.

O, bir gün öncə Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində izlədiyi “Qarabağ” – “MOİK” qarşılaşmasının çox maraqlı keçdiyini bildirib. Yüzbəyovun sözlərinə görə, tarixi görüşdə çox qol gözləyirmiş: “Lakin 90 dəqiqə qol qeydə alınmadı. Əlavə olunan dəqiqələrdə isə “Qarabağ” qələbə topunu vurdu. MOİK çox yaxşı mübarizə apardı. İstər qapıçısı, istərsə də müdafiəçisi sonadək “döyüşdülər”. Meydanda gərgin mübarizə gedirdi. Fikrimcə, MOİK Azərbaycan Premyer Liqasında çıxış etməyə layiq komandadır”.

Yüzbəyov bildirib ki, orada yaşanan anlara kövrəlməmək mümkün deyildi: “Bizim nəsil Xankəndini görməmişdi. Amma artıq tarixi torpaqlarımıza qayıtdıq. Orada həqiqətən də çox qəribə hisslər keçirdik”.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: