“Araz-Naxçıvan” klubunun məşqçilər heyətinə yeni mütəxəssis cəlb edilib

Xəbərlər
22 Yanvar 2026 13:39
40
“Araz-Naxçıvan” klubunun məşqçilər heyətinə yeni mütəxəssis cəlb edilib

“Araz-Naxçıvan”ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.

İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, təyinat baş məşqçi Andrey Demçenkonun istəyi ilə gerçəkləşib.

39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilər korpusunda Y. Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdı.

İdman.Biz