“Şamaxı” klubunun hücumçusu Nihat Mehralıyevin karyerasını ölkə xaricində davam etdirəcəyi iddia olunur.
İdman.Biz sportinfo.az-a istindən xəbər verir ki, gənc forvard Latviyanın “Grobina” klubu ilə razılığa gəlib.
İddialara əsasən, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və futbolçu ilə 1 illik müqavilə imzalanıb. Latviyanı təmsil edən klub ötən mövsümü 10 komanda arasında 9-cu pillədə başa vurub və yalnız pley-off mərhələsində qalib gələrək yüksək liqada qalmağı bacarıb.
Qeyd edək ki, “Şirlər” ləqəbli “Şamaxı” klubu Nihat Mehralıyevi ötən yay, 20 yaşında olarkən heyətinə cəlb etmişdi.
