Çempionlar Liqası: “Qarabağ” - “Ayntraxt” oyununun biletləri satışa çıxarılır

Xəbərlər
16 Yanvar 2026 10:36
50
Çempionlar Liqası: “Qarabağ” - “Ayntraxt” oyununun biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Ayntarxt” (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa bu gün, saat 12:00-da start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.Biz
Məqalədə: