Kaxaber Tsxadadze: “Nəticə elə bir önəm kəsb etmir”

Xəbərlər
14 Yanvar 2026 21:53
61
Kaxaber Tsxadadze: “Nəticə elə bir önəm kəsb etmir”

“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram. Çox yaxşı mütəxəssisdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Araz-Naxçıvan”la yoxlama oyunundan klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Qəbələ” Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

“Belə komandaya qarşı düzgün oynamalı idik. İkinci yoxlama oyunumuzu keçirdik. İlk görüşə nisbətən bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yaxşı mübarizə getdi. Nəticə elə bir önəm kəsb etmir. Əsas futbolçuları yoxlamaqdır. Hər iki komanda yaxşı mübarizə apardı. Əsas odur ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, həmçinin Akinade ikinci oyununa çıxdı. Hər iki futbolçudan razı qaldım”, - Tsxadadze bildirib.

İdman.Biz