“Xankəndi” komandasının yeni baş məşqçisi bəlli olub

Xəbərlər
14 Yanvar 2026 13:06
49
“Xankəndi” komandasının yeni baş məşqçisi bəlli olub

Azərbaycan çempionatının İkinci Liqasında çıxış edən “Xankəndi” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.

UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Çempionlar Liqasında təmsil edib.

Qeyd edək ki, Zaur Hacıyev son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi çalışıb.

İdman.Biz