Vüsal Superkuboku qazana bilməyib

Xəbərlər
21 Dekabr 2023 00:31
173
Vüsal Superkuboku qazana bilməyib

Azərbaycanlı futbolçu Albaniya Superkubokunda məğlubiyyət olub.

İdman.biz xəbər verir ki, Vüsal İsgəndərlinin komandası həlledici qarşılaşmada uduzub.

Vüsalın formasını geyindiyi “Eqnatiya” final matçında “Partizani” ilə üz-üzə gəlib. Oyun 1:0 hesabı ilə rəqib komandanın qələbəsi ilə başa çatıb. Azərbaycanlı futbolçu 90 dəqiqə meydanda mübarizə aparsa da, nəticəyə təsir göstərə bilməyib.

Qeyd edək ki, İsgəndərlinin komandası 2022/2023 mövsümündə Albaniya kubokunu qazanıb.

İdman.biz