"Həftə ərzində çalışdıq ki, oyunçuları motivasiya edək, təmasda olaq, danışaq. Komanda oyuna ruhsuz çıxmışdı. Bu səbəbdən də oyunumuz alınmadı və məğlub olduq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” - “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın məşqçisi Xaqani Məmmədov deyib.
0:3 hesablı məğlubiyyətdən sonra bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev özünü pis etdiyi üçün mətbuat konfransına qatılmayıb. Onun köməkçisi bildirib ki, komandanın problemlərini öyrənməyə çalışıblar: “Oturub futbolçularla danışırıq, onlar problemləri olmadığını deyirlər. Çalışırıq ki, oynayaq, amma alınmır. Bu matça necə hazırlaşmışdıqsa, "Sabah"la da oyuna elə hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək. Komanda turnir cədvəlinin aşağı pillələrində olduğu üçün oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil. Futbolçular bir şey olan kimi, hakimə, rəqibə reaksiya verirlər. Ona görə qırmızı alırlar. Onları cəzalandırırıq. Gələcəkdə belə hal olsa, yenə cəzalandıracağıq. Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq”.
Qeyd edək ki, XVII turdan sonra “Qəbələ” 11 xalla turnir cədvəlinin sonuncusudur.
İdman.biz
