Tofiq Bəhramov adına Respublika Stadionu böyük oyun öncəsi - FOTO

Xəbərlər
5 Noyabr 2025 19:00
45
Tofiq Bəhramov adına Respublika Stadionu böyük oyun öncəsi - FOTO

“Qarabağ” klubu sabah UEFA Çempionlar Liqasının ümumi turu çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.

İdman.Biz bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

İlk üç oyundan sonra Ağdam klubu 6 xala malikdir.

Səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ikinci oyunda Bakıda “Kopenhagen”dən üstün olublar – 2:0. Üçüncü oyunda “Qarabağ” Bilbaoda yerli “Atletik”ə məğlub olub – 1:3.

“Çelsi”nin də üç oyundan sonra 6 xalı var.

İdman.Biz