Rusiyalı jurnalist: “Qarabağ”ın oyunçularının Çempionlar Liqasında dizləri əsmir”

Xəbərlər
5 Noyabr 2025 19:44
37
Rusiyalı jurnalist: “Qarabağ”ın oyunçularının Çempionlar Liqasında dizləri əsmir”

Rusiyalı idman jurnalisti və şərhçisi Gennadi Orlov “Qarabağ” və “Çelsi” arasında keçiriləcək Çempionlar Liqası matçı ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, oyun bu gün 21:45-də Bakıdakı Tofiq Bəhramov adına stadionda başlayacaq.

“Valeri Nepomnyaşşi bir dəfə etiraf etdi ki, “Qarabağ” Londonda da “Çelsi” ilə heç-heçə edə bilər. Mən onları o qədər də yaxından izləməmişəm, amma onlar ötən Avropa mövsümündə layiqincə oynadılar. “Qarabağ” mənə “Şerif Tiraspol”u xatırladır. Çempionlar Liqasında nə etdiklərini xatırlayırsınız? “Real Madrid”i məğlub etdilər! Meydançada heç bir adlı-sanlı klubdan çəkinmirdilər. “Qarabağ” indi də eynidir - cəsur və inamlı. Oyunçuların Çempionlar Liqasında dizləri əsmir”, - Orlov “Çempionat”a deyib.

İdman.Biz