“Qarabağ” “Çelsi” ilə oyun öncəsi Tofiq Bəhramov adına stadionda məşq edib - FOTO/VİDEO

Xəbərlər
4 Noyabr 2025 22:33
56
“Qarabağ” “Çelsi” ilə oyun öncəsi Tofiq Bəhramov adına stadionda məşq edib - FOTO/VİDEO

“Qarabağ” klubu sabah UEFA Çempionlar Liqasının ümumi turu çərçivəsində İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.

İdman.Biz bildirir ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Ağdam klubu sabahkı oyun öncəsi Tofiq Bəhramov adına stadionda son məşqinə çıxıb.

İlk üç oyundan sonra Ağdam klubu 6 xala malikdir.

Səfərdə “Benfika”ya 3:2 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ikinci oyunda Bakıda “Kopenhagen”dən üstün olublar – 2:0.

Üçüncü oyunda “Qarabağ” Bilbaoda yerli “Atletik”ə mğlub olub – 1:3.

“Çelsi”nin də üç oyundan sonra 6 xalı var.

Komanda turnirin ilk turunda “Bavariya”ya səfərdə məğlub olub – 1:3. İkinci oyunda London klubu” “Benfika”nı məğlub edib – 1:0. Üçüncü turda isə “Ayaks”a 5:1 hesabı ilə qalib gəlib.

Növbəti turda “Çelsi” öz meydançasında “Barselona”nı qəbul edəcək.

“Qarabağ” isə İtaliyada “Napoli”nin qonağı olacaq.

İdman.Biz