“Bu gün gənclərə oynamaq şansı verdik”.
İdman.Biz bildirir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Dinamo” ilə oyundan sonra deyib.
Qeyd edək ki, qarşılaşma 5:0 hesabı ilə Tovuz təmsilçisinin xeyrinə qurtarıb. Tovuzlular bu qələbə ilə 1/8 finala vəsiqə qazanıblar.
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Bu gün gənclərə oynamaq şansı verdik. Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır”, - Berdıyev bildirib.
Baş məşqçi həmçinin İbrahima Vadjinin performansını da dəyərləndirib: “Məşqlərdə özünü yaxşı göstərir, performansını artırır”.
