Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb

Xəbərlər
28 Oktyabr 2025 18:09
38
Asim Xudiyev Konfrans Liqası oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz bildirir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

İdman.Biz