“Atletik”i tam təhlil etməmişəm, amma maraqlanmışam. Bu gündən etibarən bütün detallara ayrı-ayrılıqda vaxt ayıracağıq”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Atletik Bilbao” ilə oyun barədə danışarkən deyib.
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü turu çərçivəsində “Atletik” - “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaoda keçiriləcək.
“İllərdir nə etmişiksə, “Atletik”lə oyunda da onu etməyə çalışacağıq. Çünki biz onu daha yaxşı edə bilirik. Amma bəzi rəqiblərə qarşı oyunun gedişində elə detallar var ki, futbolçulara tapşırıq veririk və onlar yerinə yetirirlər. İstənilən komandanın özəlliyi var. Onun qarşısını almaq üçün meydanda diqqəti olmalıyıq. Statistikaya görə “Atletik” ən dinamik futbol oynayan komandalardan biridir. Hətta birinci yerdə idilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin oyun üslubunun qarşısını almağa çalışacağıq. Rəqibin buna nə qədər imkan verəcəyini matçda hiss edəcəyik”, - Qurbanov bildirib.