Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyunu keçiriləcək.
İdman.biz bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.
Oyun yerli vaxtla 20:45-də başlayacaq.
Mühüm qarşılaşma öncəsi "Qarabağ" FK Tofiq Bəhramov adına Respublika stadionundan görüntülər paylaşıb. Onları təqdim edirik: