2011-2012-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər birinciliyi keçirilir.
İdman.Biz bildirir ki, yarışın ilk günündə 60 metr, 400 metr məsafəyə qızlar və oğlanlar arasında qaçış, hündürlüyə tullanma və 1500 metr məsafəyə qaçış yarışı baş tutub.
Qalib gələn iştirakçılar diplom və medalla təltif olunub.
Turnir sabah başa çatacaq.
