Hərbi qulluqçular arasında atletika yarışları keçirildi - FOTO

Xəbərlər
11 Oktyabr 2025 18:04
46
Hərbi qulluqçular arasında atletika yarışları keçirildi - FOTO

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən yarışlarda 9 komanda müxtəlif məsafələrə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də estafet yarışlarında mübarizə aparıb.

Yarışlarda hərbi qulluqçuların topladıqları xallara uyğun olaraq hakimlər tərəfindən fərdi və komandalar üzrə qaliblər müəyyən edilib.

Qalib komandaya və fərdi nəticələrə görə ilk üç yeri tutan hərbi qulluqçulara kubok, fəxri fərman və medallar təqdim olunub.

İdman.Biz