Abebe Bikila ayaqyalın qaçaraq qızıl medal qazanan idmançı kimi tarixə düşdü

Xəbərlər
6 Oktyabr 2025 20:05
42
Abebe Bikila ayaqyalın qaçaraq qızıl medal qazanan idmançı kimi tarixə düşdü

1960-cı ildə Roma Yay Olimpiya Oyunlarında bütün idmançılar “Adidas” ayaqqabıları ilə çıxış etməli idilər.

İdman.biz xəbər verir ki, lakin heç bir cüt ayaqqabı Abebe Bikilaya uyğun gəlmədi. Buna baxmayaraq, o cəsarətli qərar verərək marafonu ayaqyalın qaçıb.

Nəticə dünya idman ictimaiyyətini heyrətləndirdi: Bikila yalnız yarışda qalib gəlmədi, həm də dünya rekordunu qıraraq Olimpiadada qızıl medal qazanan ilk afro-amerikalı idmançı olub. Onun bu uğuru “Adidas” üçün də gözlənilməz olub, çünki ayaqyalın qaçan Bikila 68 idmançını geridə qoyub.

Dörd il sonra, 1964-cü ildə Tokioda keçirilən Olimpiadada Bikila yenidən qızıl medal qazandı və tarixdə marafonda iki dəfə qalib gələn ilk idmançı olub.

1969-cu ildə avtomobil qəzası nəticəsində ciddi xəsarət alan Bikila qaçışla məşğul ola bilmədi, lakin idmandan əl çəkməyərək oxatma yarışlarında iştirak etməyə davam edib.

Təəssüf ki, 1973-cü ildə 41 yaşında baş-beyin qanaması səbəbindən vəfat edib. Onun son mənzilə yola salınmasında 75 000 nəfər iştirak etdi və o, həm milli qəhrəman, həm də idman əfsanəsi kimi yad edilib.

İdman.biz