Olimpiya mükafatçısı idman və model biznesi barədə: “İkisindən birini seçməyə ehtiyac yoxdur”

Xəbərlər
7 Oktyabr 2025 05:15
42
Olimpiya mükafatçısı idman və model biznesi barədə: “İkisindən birini seçməyə ehtiyac yoxdur”

Dirəklə tullanma üzrə 2024-cü il Olimpiadasının bürünc mükafatçısı kanadalı Alişa Nyuman deyib ki, karyerasında idmanı və model biznesini birləşdirməyi xoşlayır.

İdman.biz bildirir ki, o bu barədə “Maxim” jurnalına bildirib.

“Balaca olanda mənə deyirdilər ki, seçim etməliyəm: ya idmançı olmalıyam, ya da model. Niyə ikisini də seçə bilmədiyimi heç vaxt başa düşmədim. Uzun müddət onlara inandım və yüngül atletikanı seçdim. Bütün qəlbimi və ruhumu buna verdim”, - Nyuman qeyd edib.

Olimpiya mükafatçısı hazırda həyatının dönüş nöqtəsini yaşayıdığını deyib: “Mən “Maxim”də çəkilmək arzusu ilə böyümüşəm. Jurnalın bir hissəsi olmaq indi sürrealistik və eyni zamanda möhtəşəm bir hissdir. Düzünü desəm, həyatımdan çox razıyam”.

İdman.biz